logo

Bildiyimiz kimi, YouTube Google`un xidmətlərindən biri kimi fəaliyyət göstərir. Bununla da siz YouTube`la əməkdaşlıq etməklə Google Adsense`dən qazanc əldə edə bilərsiniz. Bunun üçün sizin YouTube kanalına və Adsense üçün bir e-mail`ə ehtiyacınız var. İndi mərhələlərlə bu prosesi nəzərdən keçirək:

1. Gmail vasitəsilə özümüzə təzə bir e-mail yaradırıq;

2. YouTube hesabımıza daxil oluruq. Hesabınız yoxdursa, onda, başqa bir Gmail hesabı ilə YouTube`da özünüzə bir hesab yaradın və həmin Gmail`lə hesabınıza daxil olun. Bu, Adsense üçün açdığınız e-mail ola bilməz!

3. YouTube`da özünüzə kanal yaradın. İstədiyiniz mövzuda fəaliyyət göstərmək mümkündür. Ancaq YouTube`un şərtlərinə əməl etməyi unutmayın! Müəllif hüquqlarını pozan və digər qaydalara uyğun olmayan materiallar hesabınızın bağlanmasına səbəb ola bilər;

4. YouTube kanalınız hazır olandan sonra onu pul qazanmağa uyğun hala gətirmək lazımdır. Bunun üçün əvvəlcə YouTube`da “YouTube ayarları”na daxil olub müəyyən dəyişikliklər etmək lazımdır:

- “ek özellikleri görüntüleyin” vurun;

- “Gelişmiş” hissəsinə gəlin;

- Ölkə olaraq Amerika Birleşik Devletleri`ni seçin;

- Dəyişiklikləri yadda saxladıqdan sonra “Para kazanma” bölümünə gəlin;

- Burada “Para kazanmayı etkinleştir” vurun;

- Daha sonra açılan pəncərədə “Hesabımı etkinleşdir” vurun;

- Açılan pəncərədə YouTube`un şərtləri ilə razılaşın və “Kabul ediyorum” vurun;

- Hesabınız artıq pul qazanmağa uyğundur. İndi YouTube kanalınızı Adsense hesabına bağlamaq lazımdır. Bunun üçün “Para kazanma” bölümünə daxil olub, adi qaydada Adsense istəyi göndərmək kifayətdir. Hesabınız təsdiqləndikdən sonra qazanclarınıza nəzarət edə biləcəksiniz.

Unutmaq olmaz ki, YouTube və Google`un şərtlərini pozmaq olmaz! Ona görə, qeydiyyatdan keçərkən şərtləri diqqətlə oxumaq vacibdir. Uğurlar!

Sizin ip: 54.205.111.118
Sizin Brauzer: CCBot/2.0 (http://commoncrawl.org/faq/)
Avatar.az 2o16 - 2o17